
Bosfor boğazı yaxlnlığında üzən “Kairos” tankerinin maşın şöbəsində partlayış baş verib və yanğın başlayıb.
“Report”un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Tribeca” gəmiçilik agentliyi xəbər yayıb.
Məlumata əsasən, hadisə Türkiyənin Bosfor boğazının şimalında qeydə alınıb.
Qambiya bayrağı altında üzən və ballast vəziyyətində olan tanker hadisə zamanı boğazdan təxminən 52 mil şimalda hərəkətdə olub.
Hadisə yerinə xilasedici yedəklər və sahil mühafizə bölmələri göndərilib. Bosfor boğazından gəmilərin hərəkətində problem yaranmayıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


