Tailandda daşqınlarda ölənlərin sayı 145-ə çatıb

Baş səhifə

Tailandın cənub hissəsində baş verən daşqınlar zamanı 145 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Fəlakətlərin qarşısının alınması və azaldılması üzrə Departamentin məlumatına görə, 12 cənub vilayətində güclü yağışların səbəb olduğu daşqınlardan 1,2 milyondan çox ev və 3,6 milyon insan zərər çəkib.