“Clean Energy Capital” MMC ilə dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalanıb

Baş səhifə

Bakı. Trend:

Energetika Nazirliyi ilə “Azerbaijan Green Energy Company”
MMC-nin törəmə müəssisəsi olan “Clean Energy Capital” MMC şirkəti
arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi,
inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi
imzalanıb.

Trend xəbər verir ki, bu
barədə Nazirlik məlumat yayıb.




Bildirilir ki, İcra Müqaviləsi çərçivəsində ilkin mərhələdə 200
MVt olmaqla, ümumilikdə 600 MVt gücündə dənizdə külək enerjisi
layihəsinin həyata keçirilməsi planlaşdırılır.

İcra Müqaviləsinə uyğun olaraq “Clean Energy Capital” MMC Xəzər
dənizində müəyyən olunmuş su obyektində tədqiqatlar aparacaq.