Ermənistan parlamenti Aİ-nin böhran idarəçiliyi əməliyyatlarında iştiraka dair sazişi ratifikasiya edib

Baş səhifə

Ermənistan parlamenti ölkənin Avropa İttifaqının böhran idarəçiliyi əməliyyatlarında iştiraka dair sazişi 55 lehinə, 24 səs bitərəf olmaqla ratifikasiya edib

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Ermənistan xarici işlər nazirinin müavini Vaqan Kostanyan bildirib ki, saziş çərçivəsində Ermənistan “yalnız təhlükəsizliyin istehlakçısı olmayacaq”, həm də Avropa tərəfdaşlarının həyata keçirdiyi tədbirlərin iştirakçısı olacaq.

Onun sözlərinə görə, sənəd çərçivəsində fəaliyyət göstərən 20 missiya var və onların mandatları ya BMT Təhlükəsizlik Şurası, ya da dəvət edən tərəf tərəfindən müəyyənləşdirilir.

Kostanyan əlavə edib ki, iştirak üçün maliyyə vəsaitləri hələ büdcədə nəzərdə tutulmayıb. Lazım gələrsə, hökumətin ehtiyat fondundan istifadə olunacaq.