
Misli Premyer Liqasının XIII turunda “Zirə” “Kəpəz”i məğlub edib.
“Report”un məlumatına görə, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma Bakı klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Zirə”nin heyətində Leroy Mikels (62-ci dəqiqə) və İssa Cibrilia (84-cü dəqiqə) fərqləniblər.
Bu nəticədən sonra “Zirə” 26 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 6 xala malik “Kəpəz” isə onuncudur.
Qeyd edək ki, XIII tura noyabrın 30-da yekun vurulacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


