Xankəndidə terror törətməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Baş səhifə

Bakı.Trend:

Cari il sentyabrın 14-də Azərbaycan Respublikasının Xankəndi
şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla
partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla
əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd
edilməsi və digər faktkar üzrə Baş Prokurorluğun İstintaq
idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq
maddələri başlanmış cinayət işinin ibtidai istintaqı
yekunlaşıb.

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, istintaq tədbirlərilə, Xankəndi şəhərinin erməni
əsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın bir sıra
xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən
edilib.

Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali
arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi,
insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş
verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla
əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə
Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi
fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu
silah – “AKMS” markalı avtomat silahı, onun komplekt hissələrini,
habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin
ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini
həyata keçirmək üçün sentyabrın 14-də saat 07 radələrində yaşadığı
sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib
gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə
gətirib, saat 09 radələrində yaşayış olmayan başqa bir evə girib
mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun
olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının
çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı
terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün
şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat
silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı
atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının
olduqları yerə ataraq partladıb.

Nəticədə 3 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən
xəsarətləri almış, hadisə yerindən təxliyyə edilərək zəruri tibbi
yardımlar gösətirildiyindən həyatlarını xilas etmək mümkün
olub.




Bundan başqa, qanunvericiliyin tələblərinə və edilən dəfələrlə
xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan hakimiyyət
nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı
üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla
saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə
xəstəxanada müalicə edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan
Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7,
29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi
təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar
qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam
öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə
olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1
(qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş
sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət
nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə)
maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti,
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında Xankəndi şəhər məhkəməsinin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün
aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.