
Bakı. Trend:
Təzminatlar həm də iqtisadi ədalətin bərpasına xidmət etməlidir.
Məsələn, Belçikanın Konqoda rezin istismarı zamanı əldə etdiyi
gəlirlər təkcə meşələrin məhv edilməsinə deyil, həm də cəmiyyətə
ciddi sosial zərbələrə səbəb olub.
Trend xəbər
verir ki, bu fikirləri siyasi xadim Andrea Kalubi Bakı Təşəbbüs
Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun
hazırkı ağır fəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi:
Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransda çıxışında deyib.
Kalubi qeyd edib ki, Belçikanın Konqoda rezin istismarı zamanı
əldə etdiyi gəlirlər təkcə meşələrin məhv edilməsinə deyil, həm də
cəmiyyətə ciddi sosial zərbələrə səbəb olub:
“O dövrdə təxminən 70 milyon frank dəyərində qazanc əldə
olunmuşdu. Sözügedən məbləğ bu günün hesabı ilə təxminən 1,2
milyard avroya bərabərdir”.

