
Azərbaycanda təkcə nəsillər deyil, həm də cinslər arasında intriqa var. Kişilər qadınları, qadınlar da kişiləri bəyənmir. Əlbəttə, bunu hamıya şamil etmək olmaz. Amma belə nümunələr bir, üç, beş olmadığı üçün ümumi danışmaq mümkündür. Aramızda neçə nəfər eyni damın altında yaşadığı qadınla “mehriban düşmən” deyil?
Əsasən tanınmış adamlar, yazarlar, incəsənət xadimləri öz qadınlarımızı bəyənmirlər. Yazıçı Seymur Baycan tərəddüd etmədən Azərbaycan qadınını “Tükəzban” adlandırır. Birimizin anasının, digərimizin bacısının, xanımının adı olan Tükəzban Seymur Baycanın nəzərində geridəqalmışlığın, cahilliyin simvoludur. Baycan hesab edir ki, Azərbaycan qadını öz “dır-dır”ı ilə kişilərin ömrünü yeyir. Onun fikrincə, Azərbaycanda uğur qazanan azman kişilərin çoxunun həyat yoldaşı qeyri-millətlərin nümayəndəsi olub.
Seymurun yazılarının ana xəttini bu fikir təşkil edir: “Azərbaycan qadını məişət problemləri ilə kişiləri əsir götürüb”.
Başqa bir tanınmış ziyalımız – peşəkar jurnalist İlqar Mikayıloğlu da qadınlara münasibətdə Baycanla oxşar mövqe nümayiş etdirir. Məsələn, hörmətli İlqar müəllim bir dəfə öz verilişində belə demişdi: “Qadınlarımız öz gözəlliklərinin qeydinə qalmadıqları, səliqə-sahmanlarına fikir vermədikləri üçün kişilərimiz incə bədən quruluşuna malik olan olqaların arxasınca düşürlər”.
Qadınlarımızın biz kişilər haqda yüksək fikirdə olduğunu iddia etməyə ürəyim gəlmir. Hətta ürəyigenişlik edib bu cür düşünsəm də, yazmağa əlim gəlmir. Mən sovetin çörəyindən yeyib suyundan içən adamam. Hələ 30-40 il əvvəl xanımlar biz kişiləri erməni, rus millətindən olan qadınların arxasınca düşməkdə suçlayırdılar. Gözümüzün içinə deyirdilər ki, erməni axçisini görəndə ürəyiniz yarpaq kimi əsir.
Ötən əsrin yetmiş-səksəninci illərində Bakıda yaşayan kişilərin ən azı dosxsan faizi bu tənə ilə üzləşib: “Qocalanda itə oxşayan o arvadların nəyini bəyənirsiniz?!
Kəndlərdə də təxminən oxşar ab-hava hakim idi. Kiminsə oğlu pul qazanmaq üşün Rusiyaya gedəndə arvadlar belə deyirdi: “Nataşanın dalınca getdi”.
Sözümün canı var, indi məlum olur ki, bəzi qadınlarımız bəzi kişilərimizdən geri qalmır. Müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi və daha sonra həmin iştirakçını qucaqlaması yaxın günlərdə baş verib. Bu barədə çox danışıldığı, çox yazıldığı üçün köhnə palan içi tökmək istəmirəm. Dərdim başqadır. Ötən gün də stilist-vizajist, mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz sosial şəbəkədəki paylaşımı ilə tozanaq qopardı. O, məşhur stilist Georgi Kot ilə birgə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb. Şəfəq Novruz paylaşımın şərh bölümündə belə yazıb: “Çox dəyərli müəllimim, mənim üçün müqəddəs insan Georgi Kot”.
Paylaşdığı şəkildə erməni dığasının əlindən elə tutub ki, sanki yanında dayanan adam erməni axçisi Susanna Aqozyanın qarnından çıxmayıb, dost-doğma qardaşıdır…
Mən qadın düşməni deyiləm. Amma bəzi qadınlarımıza bir sual vermədən bu yazıya nöqtə qoya bilməyəcəm: Bəs deyirdiniz kişilərimizin erməni qadınları üçün ürəyi gedir?
Sizə nə olub?
L.Səfiyar


