
Estoniyanın Baş naziri Kristen Mıxal bildirib ki, əgər Ukrayna ilə bağlı sülh sazişi imzalanarsa, Tallinn “istəkli ölkələr koalisiyası” çərçivəsində öz hərbçilərini Ukraynaya göndərməyə hazırdır.
APA xəbər verir ki, O, bunu Berlində Almaniya kansleri Fridrix Merzlə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Bir daha vurğulayıram, bizim hərbçilərimizin prosesdə iştirak etməsi üçün konkret sülh sazişinin mövcudluğu zəruridir”, – Mıxal qeyd edib.


