Alyaskada güclü zəlzələ

Baş səhifə

Alyaska ştatında 6,0 maqnitudalı zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Ankoric şəhərindən 59 kilometr şimal-qərbdə, 69,4 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.