Alyaskada 6 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Alyaska ştatında 6,0 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Ankoric şəhərindən 59 kilometr şimal-qərbdə, 69,4 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.