
Bakı. Trend:
Yasamal rayonu, “20 Yanvar” dairəsində yük avtomobillərindən
birində daşınan yüklərin yolun hərəkət hissəsinə dağılması
nəqliyyatda sıxlıq yaradıb.
Trend xəbər verir
ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi yayıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan
qaldırılması istiqamətində zəruri tədbirlər görülür.


