
Xankəndi. Trend:
Noyabrın 27-də Xankəndidə Qarabağ Universitetinin İncəsənət
fakültəsində ali təhsil müəssisəsinin yaradılmasının 2 illiyinə
həsr olunmuş konsert proqramı və sərgi keçirilib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, tədbirdə Xankəndi
şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə
Xidmətinin əməkdaşları, Universiteti rəhbərliyi, müəllim, tələbə
heyəti və media nümayəndələri iştirak ediblər.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında iki il
ərzində ali məktəbin tədris, elmi və mədəni istiqamətlərdə əldə
etdiyi nailiyyətlərdən danışıb, Qarabağda ali təhsilin bərpasına və
inkişafına verilən töhfələri qeyd edib.
Rektor bu cür mədəni tədbirlərin tələbələrin yaradıcı düşüncə və
estetik zövqünün formalaşmasında mühüm rol oynadığını
vurğulayıb.
Konsert proqramı Niyazinin “Qaytağı” əsərini ifası ilə başlanıb.
Ardınca müəllim və tələbələr tərəfindən klassik və milli musiqi
nümunələri təqdim olunub. Proqram “Qarabağ şikəstəsi”nin ifası ilə
yekunlaşıb.
Tədbirin ikinci hissəsində rəssam Nərminə Vəliyevanın “Güclü
ruhlara ithaf” adlı fərdi sərgisi açılıb. Sərgidə Qarabağın bədii
irsini əks etdirən portretlər, əsərlər tamaşaçılara təqdim
olunub.

