
Bakı. Trend:
Fransa gənc vətəndaşlar üçün könüllü hərbi xidmətin tətbiqinə
başlayır. Bu addım dövlətin müqavilə əsasında peşəkar hərbi
xidmətlə yanaşı ölkənin “gözlənilən çağırış və təhdidlərə”
reaksiyası kimi nəzərdə tutulub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Fransanın prezidenti Emmanuel Makron
İzer departamentində yerləşən hərbi bazada hərbçilə qarşısında
çıxışı zamanı bəyan edib.
“Biz hərbi çağırış sisteminə qayıda bilmərik, lakin öz
müdafiəmiz üçün millətin səfərbər olunmasına ehtiyacımız var. Bu və
ya digər düşmənə qarşı yox, hazırlıqlı olmaq və bizə hörmət
edilməsini təmin etmək üçün. Bəs gəncliyimizin enerjisindən necə
faydalana və millətimizi gözlənilən çağırışlara və təhdidlərə necə
hazırlaya bilərik? Yeni milli xidmət proqramı gələn yaydan etibarən
qüvvəyə minəcək”, – deyə o vurğulayıb.


