
Bakı. Trend:
Hacıqabulda restoranda biotəhlükəsizlik tədbirləri görülüb.
Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, təhlükəli xəstəliklərin qarşısının alınması və
biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Qida
Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən epizootoloji
komissiyanın üzvləri ilə birgə Hacıqabul rayonu, Pirsaat
qəsəbəsində yerləşən “Fədək” restoranında monitorinq keçirilib.
Monitorinq zamanı restoranda müəyyən edilmiş quşlara baytar
həkim tərəfindən kliniki baxış keçirilib və aidiyyəti üzrə təhvil
verilib. Ərazi dezinfeksiya, dezinseksiya və deratizasiya olunaraq
müvafiq tədbirlər görülüb.


