Azərbaycanda 30 İordaniya şirkəti qeydiyyatdan keçib – Sahil Babayev

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda 30 İordaniya şirkəti qeydiyyatdan keçib.

Trend xəbər verir
ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Bakıda İordaniya
və Azərbaycan arasında ticarət, iqtisadi və texniki əməkdaşlq üzrə
Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında bildirib.

Nazirin sözlərinə görə, bu şirkətlərin 19-u qeyri-xammal
sektorunda aktiv şəkildə fəaliyyət göstərir.




“Hesab edirik ki, hər iki ölkənin investisiya potensialının daha
da inkişafı daha geniş və irimiqyaslı layihələrə gətirib
çıxaracaq”, – deyə o qeyd edib.

S. Babayev həmçinin İordaniya şirkətləri ilə qarşılıqlı
fəaliyyətin aktivləşdirilməsi və Azərbaycan şirkətlərinin İordaniya
bazarında iştirakı üçün müvafiq platformaların yaradılmasının
zəruri olduğunu vurğulayıb.