Nazir: Azərbaycan İordaniya ilə birgə dərman sənayesini inkişaf etdirə bilər

Baş səhifə

“ İordaniya əczaçılıq sənayesi ilə tanınır və mən deyə bilərəm ki, Ərəb ölkələri arasında farmasevtika sektorunda birinci yerdə İordaniyadır”.
APA-Economics” xəbər verir ki, Azərbaycan–İordaniya Hökumətlərarası Komissiyasının 4-cü iclasında İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah bildirib.
Nazir iki ölkə arasında farmasevtika sahəsində tərəfdaşlıq üçün böyük potensialın olduğunu, İordaniyada istehsal olunan yarımçıq məhsulların Azərbaycanda tamamlanması və region bazarlarına çıxışı təmin edən birgə investisiya modelinin sürətli uğur hekayəsi yarada biləcəyini vurğulayıb.