VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat

Baş səhifə

Bakı. Trend:

Yaşar Kərimov VTB (Azərbaycan) bankının İdarə Heyətinin
üzvü təyin edilib. Bu vəzifədə o, bankın pərakəndə biznesinə
rəhbərlik edəcək.

O, 20 ildən çox bankçılıq təcrübəsinə malikdir və “Yelo Bank” və “Expressbank” da daxil olmaqla bir sıra Azərbaycan banklarında
rəhbər vəzifələrdə çalışıb. VTB (Azərbaycan)-a təyinatdan əvvəl “Unibank”da Pərakəndə Biznes üzrə İcraçı Direktor vəzifəsində
çalışıb.




Yaşar Kərimov Azərbaycan Dövlət İqtisad Universitetinin
məzunudur və “Mühəndis iqtisadiyyatı və idarəetmə” üzrə bakalavr və
magistr dərəcələrinə malikdir.