“Android” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

“Android” əməliyyat sistemində “Sturnus” adlı virus aşkarlanıb.
Bu virus smartfonun ekranında olan məlumatları oxuya bilir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, virus təkcə istifadəçinin ekranındakı
məlumatları izləmək yox, həm də məlumatların şifrələmə
sistemlərindən yan keçmək imkanına malikdir.




Məsələn, “Sturnus” messencerlərə, konkret olaraq “Telegram” və
“Signal”dakı mesajlara çıxış əldə edə bilib.

Virus ekran vasitəsilə parolları toplaya, bank tətbiqlərindəki
məlumatları öyrənə, yazışmaları oxuya və smartfondakı məlumatları
təhlil edə bilər.

Mütəxəssislərin sözlərinə görə, virus özünü “Google Chrome” və
digər populyar tətbiqlər kimi göstərir. Böyük ehtimalla,
internetdən yüklənən “apk” fayllar vasitəsilə yayılır.