Azərbaycanın bank sektorunun xalis mənfəəti artdı

Baş səhifə

Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 986,8 milyon manat xalis mənfəət əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.

10 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 645 milyon manat (1 il əvvələ nisbətən 22,5 % çox), əməliyyat xərcləri 4 milyard 69,8 milyon manat (28,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 346,6 milyon manat (6,65 % çox), gözlənilməz xərcləri 0,1 milyon manat (1 il bundan əvvəl xərc olub), mənfəət vergisi ödəmələri isə 241,6 milyon manat (12,95 % çox) təşkil edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.