Rəsmi Moskva: Stiv Uitkoffun Moskvaya səfəri qüvvədə qalır

Baş səhifə

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfəri qüvvədə qalır.

APA xəbər verir ki, bu barədə RİA Novosti Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkova istinadən məlumat yayıb.

“Bunu sual altına qoymaq üçün heç bir səbəbim yoxdur”, – nazir müavini deyib.

Moskva Uitkoffdan Amerikanın Ukraynaya dair sülh planının yenilənmiş variantını təqdim edəcəyini gözləyirmi sualına cavab olaraq Ryabkov qeyd edib ki, Rusiya tərəfi xüsusi nümayəndənin təqdim etməyi zəruri hesab etdiyi təkliflərlə işləyəcək.

Eyni zamanda, diplomat Amerika nümayəndəsinin səfərinin son tarixinin hələ müəyyənləşdirilmədiyini bildirib.