Bakı. Trend:
Azərbaycanın çevik və aparıcı qeyri–bank kredit təşkilatlarından
olan FINCA Azerbaijan Braziliyanın Belém şəhərində
keçirilən COP30 tədbirində ölkəmiz adına
iqlimədavamlı və innovativ kredit məhsulu ilə təqdim olunub. Tədbir
çərçivəsində Azərbaycan Pavilyonunda təşkil olunan “İqlim
Adaptasiyası, Mitiqasiyası və Davamlılığı üçün Mikrofinans:
Pilotlardan Miqyaslanmaya” adlı seminarda FINCA Azerbaijan
iqlimədavamlı maliyyə həllərinin təşviqində regional liderlərdən
biri kimi xüsusi vurğulanıb.
Seminarda təşkilatın innovativ Hibrid Kənd Təsərrüfatı
Sığorta Krediti təqdim olunub. Bu məhsul fermerlərin
sığorta haqqının 50%-ni qarşılamaqla yanaşı, onların kənd
təsərrüfatı fəaliyyətlərini genişləndirmələri və iqlim risklərinə
qarşı daha dayanıqlı olmaları üçün mikrokredit imkanı yaradan ikili
mexanizmdir.
Təqdimat zamanı bu modelin kiçik təsərrüfatları iqlimlə bağlı
itkilərdən qorumaq üçün kreditləşmə və risk transferi
mexanizmlərini uğurla birləşdirən qabaqcıl təcrübə nümunəsi olduğu
qeyd edilib. COP30 paneli həmçinin vurğulayıb ki, FINCA
Azerbaijan-ın bu yanaşması kənd təsərrüfatında risklərin
azaldılmasına, ev təsərrüfatlarının dayanıqlığının artırılmasına və
aşağı gəlirli fermerlər arasında kənd təsərrüfatı sığortasına
çıxışın genişlənməsinə mühüm töhfə verir.
Tədbir çərçivəsində FINCA Azerbaijan-ın təcrübəsi
mikromaliyyənin iqlim adaptasiyası üçün ən ucqar və əlçatanlığı
çətin olan bölgələrə xidmət göstərə bilən son çatdırılma kanalı
kimi potensialını nümayiş etdirən əhəmiyyətli nümunə kimi yüksək
qiymətləndirilib. Bu yanaşma həssas əhali qruplarının quraqlıq, sel
kimi iqlim şoklarına daha dayanıqlı olması üçün həm maliyyə
resurslarına, həm də risk idarəetmə alətlərinə əlçatanlığını
gücləndirir.
Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “FINCA
Azerbaijan” hazırda ölkənin aparıcı maliyyə təşkilatlarından
biridir. Təşkilat kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən
sahibkarlara və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət
yetirir. “FINCA Azerbaijan” dövlət tənzimləyici orqanları, eləcə də
Azərbaycan Mikromaliyyə Assosiasiyası da daxil olmaqla, bir çox
maraqlı tərəflərlə səmərəli və güclü əməkdaşlıq münasibətləri
qurub.

