
Bakı.Trend:
Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda
avtomobillərin birində yanğın baş verib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinin məlumat verilib.
Bildirilib ki, həm bu, həm də bəzi sürücülərin hadisə yerinə
baxması səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat
sıxlığı yaranıb.
Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir
və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər
görülür.

