
“Kürdəmir Süd Emalı Zavodu” MMC nizamnamə kapitalını 1 503 520 manat və yaxud 10% azaldaraq 15 000 000 manatdan 13 496 480 manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini bir ay ərzində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 132 ünvanına bildirə bilərlər.
“Kürdəmir Süd Emalı Zavodu” 2010-cu ildə yaradılıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


