“Real” Ardaya görə ulduz futbolçudan imtina edir

Baş səhifə

“Real Madrid”in mövsümün sonunda “Liverpul”un yarımmüdafiəçisi Dominik Şoboslai transfer edə biləcəyi ilə bağlı iddialar dərc edilib.

Metbuat.az xəbər verir ki, Arda Güler “Real”ın futbolçuya maraq göstərməsi barədə iddialardan narazıdır. İspaniya mətbuatına görə, Arda Güler macar ulduzu təkəbbürlü hesab edir. Türkiyə mediasının iddiasında görə, Arda ilə Şoboslai arasındakı gərginliyə görə, “Real” futbolçudan imtina edə bilər.

Qeyd edək ki, Türkiyə-Macarıstan matçları zamanı Arda Güler və Dominik Şoboslai arasında gərginlik müşahidə edilib. UEFA Millətlər Liqası pley-off mərhələsinin ikinci oyununda Arda qola imza atdıqdan sonra Şoboslaiyə “sus” jesti edib və bu jest sosial mediada böyük ajiotaj yaradıb. Matçdan sonra Şoboslai instaqramda türk oyunçunun “Real Madrid”də oynadığı dəqiqələrin sayını lağa qoyub və “1088” yazıb. Arda Güler isə hesabın 3-0 olduğu şəkili paylaşaraq cavab verib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.