
Bakı. Trend:
İspaniyanın 17-ci əsrin əvvəlində kral III Filippin göstərişi
ilə zərb olunmuş 100 eskudo nominallı qızıl sikkəsi hərracda
təxminən 3,5 milyon ABŞ dollarına satılıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, “Numismatica Genevensis SA” hərrac evində çəkic
altına gəlmiş 100 eskudo beləcə Avropa hərracları tarixinə ən
bahalı qızıl sikkə kimi düşüb.
Hərrac evinin bildirdiyinə görə, bu sikkə ispan müstəmləkəçiləri
tərəfindən Amerikadan gətirilmiş qızıldan Seqovia şəhərində zərb
olunub. Üzərində həmin dövrdə Habsburqların nəzarəti altında olan
Kastiliya və Leon, Araqon, Portuqaliya, Avstriya, Burqundiya,
Brabans və digər ərazilərin gerbləri təsvir edilib.

