Bakı. Trend:
İsveç Hərbi Müdafiə Nazirliyi 366 milyon dollar dəyərində hava
hücumundan müdafiə sistemləri almağı planlaşdırır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Pol
Yonsen mətbuat konfransında bildirib.
“Bu gün sizə bildirə bilərik ki, hava hücumundan müdafiə
qüvvələrinin modernləşdirilməsi işində növbəti addımı atırıq…
Söhbət 3,5 milyard İsveç kronu (təxminən 366 milyon dollar-red.)
həcmində investisiyadan gedir”, – müdafiə nazirliyinin rəhbəri qeyd
edib.
Yonsen əlavə edib ki, modernləşdirmə çərçivəsində İsveç Silahlı
Qüvvələri “Iris-T” zenit-raket komplekslərini, 16 buraxılış
qurğusunu və səkkiz radiolokasiya sistemini satın alacaq.

