İndoneziya düyü idxalını qadağan edib

Baş səhifə

Bakı. Trend:

İndoneziya prezidenti ölkəyə düyü idxalının qadağan olunduğunu
açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Andi Amran Suleyman
məlumat verib.




Nazir bildirib ki, ölkədə düyü ehtiyatı kifayət qədərdir və
2025-ci ildə istehsalın 34,8 milyon ton olacağı proqnozlaşdırılır.
Buna görə İndoneziya artıq idxala ehtiyac duymur.

Nazir həmçinin vurğulayıb ki, hökumət qeyri-qanuni yollarla
idxal cəhdlərinin qarşısını tam şəkildə alacaq. Qadağanın təsiri
artıq dünya düyü bazarında özünü göstərib; Vyetnam və Tailand
düyüsünün qiymətində ucuzlaşma müşahidə olunub.