Bakı. Trend:
Nigeriyanın Milli Narkotiklərlə Mübarizə Agentliyi (NDLEA) altı
gün ərzində doqquz şübhəli narkotik qaçaqmalçısını həbs edib və
gizli anbarlardan 9 tondan çox qanunsuz maddə müsadirə edib.
Trend xəbər verir
ki, bu barədə məlumatı “Nation Nigeria” yayıb.
Bildirilir ki, əməliyyatlar 17-22 noyabr tarixləri arasında
aparılıb və bu müddət ərzində hüquq-mühafizə orqanlarının
əməkdaşları altı böyük sindikatı zərərsizləşdirib. Əməliyyatlar
hava limanlarında, magistral yollarda, anbarlarda, bazarlarda və
onlayn platformalarda həyata keçirilib.
Koqi və Kross-River ştatlarında keçirilən əməliyyatlar zamanı
4,7 ton kannabis, kokain, opioid həbləri və digər narkotik maddələr
müsadirə olunub.

