İsrail ordusunun bir neçə generalı cəzalandırıldı

Baş səhifə

İsrail ordusunda xidmət edən bir neçə general vəzifədən uzaqlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu AFP Agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, oktyabrın 7-də HƏMAS-ın “Əqsa Tufanı” əməliyyatına görə İsrail ordusunda strateji post tutan bir neçə yüksək rütbəli hərbçi cəzalandırılıb.

Generalların işdən çıxarılması ilə bağlı qərarı İsrail Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb.

Zamir deyib ki, mülki insanları müdafiə etmədikləri üçün onlarla bağlı müvafiq tədbirlər görülüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.