
Bakı.Trend:
Azərbaycan Respublikasının Ədliyyə naziri Fərid Əhmədov Səudiyyə
Ərəbistanına işgüzar səfəri çərçivəsində Oman Sultanlığından olan
həmkarı Dr. Abdullah bin Mohammed Alsaidi ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə Ədliyyə nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə ədliyyə sahəsində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
genişləndirilməsi, hüquqi yardım, ekstradisiya və məhkum edilmiş
şəxslərin verilməsi sahəsində müqavilə-hüquqi bazanın yaradılması
müzakirə olunub, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və
təcrübə mübadiləsinin genişləndirilməsinin hüquqi əməkdaşlığı daha
da gücləndirəcəyi bildirilib.
Görüş çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
ilə Oman Sultanlığının Ədliyyə və Hüquq İşləri Nazirliyi arasında
“Ədliyyə və hüquq sahələrində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu” imzalanıb. Bir çox sahə üzrə təcrübə mübadiləsini
nəzərdə tutan sənədin qarşılıqlı faydalı olacağı və iki ölkə
arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.


