Ərdoğan Ukraynada sülhün bərqərar olması üçün şərti açıqlayıb

Baş səhifə

Bakı.Trend:

Ukraynadakı münaqişənin dayanıqlı həlli bütün tərəfləri qane
edəcək danışıqlar bazasının yaradılması halında mümkündür.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan bildirib.




“Razılaşma o zaman mümkün olacaq ki, (Donald Trampın) planı
tərəflərin qanuni gözləntilərini və təhlükəsizlik ehtiyaclarını
təmin etsin və yeni qeyri-sabitliyə səbəb olmasın. Biz hesab edirik
ki, danışıqlara başlamaq üçün razılaşdırılmış məsələlər və pozitiv
gündəm olduğu təqdirdə kompromis mümkündür”,- deyə Türkiyə lideri
bildirib.

Ərdoğan qeyd edib ki, ABŞ tərəfindən təklif olunan sülh planı
münaqişənin dayanıqlı şəkildə həlli üçün əsas ola bilər, lakin
bunun üçün əlavə işə ehtiyac var.