Moskva hava limanlarında uçuşlara məhdudiyyət tətbiq edilib

Baş səhifə

Moskvanın Domodedovo və Jukovski hava limanlarında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər tətbiq edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb.

Bildirilib ki, uçuş təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hava limanlarında məhdudiyyətlər tətbiq edilib.