Kreml ABŞ-ın Ukrayna planını mediada müzakirə etmək istəmədiyini açıqlayıb

Baş səhifə

Moskva Cenevrədə ABŞ, Ukrayna və Avropa ölkələri ilə aparılan danışıqlar barədə heç bir məlumat almayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O əlavə edib ki, Moskva bu təmaslar zamanı hansı planın mətninin işləndiyini bilmir.

Peskov, Kremlin ABŞ-ın Ukrayna planını mediada müzakirə etmək istəmədiyini, bunu qeyri-mümkün və yanlış hesab etdiyini vurğulayıb.