
ABŞ və Ukrayna arasında Rusiya ilə müharibənin dayandırılması ilə bağlı 28 bənddən ibarət plana dəyişikliklərin edilməsi ilə əlaqədar Cenevrədə aparılan danışıqlar Avropa üçün möhtəşəm uğurla nəticələnib.
“Report” “Əl-Ərəbiyyə”yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful “Deutschlandfunk” radiostansiyasına deyib.
“Avropaya dair bütün məsələlər, eləcə də NATO ilə bağlı məsələlər bu plandan çıxarılıb – bu, dünən əldə etdiyimiz möhtəşəm uğurdur”, – Y.Vadeful bildirib.
Xarici işlər naziri qeyd edib ki, Avropa tərəfdaşları lap əvvəldən hər hansı bir sazişin Avropa və Ukraynanın maraqları nəzərə alınmadan imzalanmamasının qəti tərəfdarı olublar.
Xatırladaq ki, noyabrın 23-də Cenevrədə Ukrayna və ABŞ nümayəndələri arasında Birləşmiş Ştatların sülh təklifi ilə bağlı danışıqlar aparılıb.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


