Avropa və Afrika İttifaqları Luandada sammit keçirəcəklər

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı-Afrika İttifaqı (Aİ) sammitinin yeddinci iclası
24-25 noyabr tarixlərində Anqolanın Luanda şəhərində “Effektiv
çoxtərəflilik vasitəsilə sülhün və rifahın təşviqi” mövzusu altında
keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Anqola prezidenti Joao
Lourensu ilə görüşə həmsədrlik edəcək Avropa Şurasının sədri
Antonio Koşta deyib.

“Bu əlamətdar sammitin məqsədi Avropa İttifaqı ilə Afrika
arasında güclü, balanslı və gələcəyə yönəlmiş tərəfdaşlıqdır”, –
deyə o bildirib.




Aİ-ni həmçinin Avropa Komissiyasının prezidenti Ursula fon der
Lyayen, Afrika İttifaqını isə Afrika Birliyi Komissiyasının sədri
Mahmud Əli Yusif təmsil edəcək.

Sammitin Avropa və Afrika tərəfdaşlığının 25-ci ildönümünə,
eləcə də Anqola və bir sıra digər Afrika ölkələrinin
müstəqilliyinin 50 illiyinə həsr olunduğu elan edilib.