
İtaliyada keçiriləcək 2026-cı ilin Qış Olimpiya Oyunlarının rəsmi Olimpiya məşəlinin alovlanması mərasimi gözlənilən pis hava şəraiti səbəbindən 26 noyabrda Qədim Olimpiya Arxeologiya Muzeyində keçiriləcək.
“Report”un xəbərinə görə, bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
Məlumata görə, 25 və 26 noyabrda gözlənilən əlverişsiz hava şəraiti səbəbindən Milan və Kortina d Ampezzoda keçiriləcək 2026-cı ilin Olimpiya oyunlarının Məşəlinin alovlanması mərasimi Olimpiya Arxeologiya Muzeyində qapalı məkanda keçiriləcək. MOK vurğulayıb ki, bu dəyişiklik bütün iştirakçıların təhlükəsizliyini və mərasimin nüfuzunu təmin etmək üçün zəruri hesab edilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


