
Bakı. Trend:
Cenevrədə keçirilən danışıqlar zamanı Amerika və Ukrayna
nümayəndə heyətləri Ukraynadakı münaqişənin həlli planı üzərində
irəliləyiş əldə ediblər.
Trend-in
məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio
jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda heyətlər planın yenidən baxılması
üçün aldıqları təklifləri müzakirə edirlər.
“Düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik. Komandalarımız
artıq otaqlarına çəkiliblər. Bizə verilən bəzi təkliflər üzərində
işləyirik”, – deyə o qeyd edib.


