Keçmiş NBA basketbolçusu 54 yaşında vəfat edib

Baş səhifə
Keçmiş NBA basketbolçusu 54 yaşında vəfat edib

Milli Basketbol Assosasiyasının (NBA) keçmiş üzvü, amerikalı Rodni Rocers 54 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə idmançının sabiq klubu “Bruklin Nets”in mətbuat xidməti məlumat yayıb.

Basketbolçu 2008-ci ilin noyabrında motosikletlə qəzaya uğramışdı. O, hadisədən sonra tamamilə iflic olmuşdu.

Qeyd edək ki, 1999/2000 mövsümün ən yaxşısı seçilmiş idmançı peşəkar karyerası ərzində Rocers “Denver”, “Los Anceles Klippers”, “Finiks”, “Boston Seltiks”, “Nyu-Cersi Nets”, “Nyu-Orlean Pelikans” və “Filadelfiya” kimi komandalarda oynayıb. O, 2002/2003 mövsümündə “Nyu-Cersi Nets”in heyətində NBA-nın finalında oynayıb.