Çilidə iki avtobusun toqquşması 4 nəfərin ölümünə səbəb olub

Baş səhifə

Bakı. Trend:

Çilinin şimalındakı Antofaqasta bölgəsində iki şəhərlərarası
avtobusun toqquşması nəticəsində 4 nəfər həlak olub, 50 nəfər
yaralanıb.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Milli Fəlakətlərin Qarşısının
Alınması və İdarə Edilməsi Xidməti məlumat yayıb.




Qəza Antofaqasta bələdiyyəsinin Şimal 5 şossesi üzərində,
Varillas məhəlləsi yaxınlığında baş verib.

Rəsmilərin bildirdiyinə görə, yaralılardan bir neçəsi
xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Daha
35 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. Qəzanın
səbəbləri araşdırılır.