Bakı. Trend:
COP30 iqlim sammitində müzakirələr fosil yanacaqlar mövzusunda
ciddi parçalanmaya səbəb olub.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Braziliyanın təqdim etdiyi
razılaşma layihəsində “fosil yanacaqlardan keçid” planına dair
bütün istinadlar çıxarılıb, bu isə əsas iştirakçılar arasında
hiddət doğurub.
Avropa İttifaqı (Aİ) layihəni “ambisiyasız” adlandırıb və qəbul
etməyib. Aİ-nin iqlim üzrə komissarı Vopke Hoekstra bildirib ki,
mətndə atmosferə zərərli qazların azaldılması istiqamətində ciddi
fəaliyyət planı yoxdur.
Maraqlı tərəflər arasında, neft istehsal edən bəzi ölkələr, o
cümlədən Səudiyyə Ərəbistanı energetika sektorlarunun danışıqlarda
“müzakirə olunmaz” hesab edilməsini istəyir.
Eyni zamanda, layihədə 2030-cu ilə qədər iqlim dəyişikliyinə
uyğunlaşma üçün maliyyənin üç dəfə artırılması təklifi var. Lakin
maliyyə mənbələrinin zəngin ölkələr, inkişaf bankları yoxsa özəl
sektor olması hələ tam aydın deyil.
Aİ rəsmiləri “hazırkı layihənin qəbul oluna bilməyəcəyi”ni
söyləyir.

