Bakı. Trend:
ABŞ-də naməlum şəxs Yeni il yolkasının qurulması mərasiminə
silahlı hücum həyata keçirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Şimali Karolina ştatının Konkord şəhərində baş vermiş insident
nəticəsində azı 4 nəfər yaralanıb, onlardan 3-ünün vəziyyəti
ağırdır.
Hadisə yerindən qaçan silahlının tapılması istiqamətinə
gücləndirilmiş tədbirlər görülür. Polis şahid ifadələri, eyni
zamanda ərazidə olan müşahidə kameralarındakı qeydlər vasitəsilə
həmin şəxsin kimliyini müəyyən etməyə çalışır.
Hələlik silahlı hücumun səbəbi məlum deyil.

