Azərbaycanlı MMA idmançısı Vüqar Kərəmov Braziliya təmsilçisi ilə qarşılacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanlı MMA idmançısı Vüqar Kərəmov növbəti döyüşünə 31
dekabr 2025-ci ildə Yaponiyada təşkil olunması nəzərdə tutulan
RIZIN turnirində çıxacaq.

Trend-in
məlumatına görə, Kərəmovun bu dəfəki rəqibi braziliyalı Kleber
Koyke olacaq.




Vüqar Kərəmov son dəfə iyun ayında oktaqona çıxmış və qalibiyyət
seriyasını davam etdirərək yapon idmançısı Şii Kimuranı məğlub
etmişdi.