Yasamalda yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib

Baş səhifə
Yasamalda polis əməkdaşları yanğın baş verən əraziyə cəlb edilib

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən bidirilib.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülüb.