İsveçrənin Lozanna şəhərində arxeologiya muzeyi qarət olunub

Baş səhifə

Bakı. Trend:

İsveçrənin Lozanna şəhərində Roma Arxeologiya Muzeyi qarət
olunub.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Lozanna polisi muzeyin tək
mühafizəçi tərəfindən qorunduğunu və onun da soyğun zamanı hadisə
yerində olduğunu bildirib.

Polisin verdiyi məlumata görə, muzeyə giriş bileti alan iki şəxs
mühafizəçiyə hücum edərək onu tutublar.




“Daha sonra onlar vitrini sındıraraq bir neçə qızıl sikkəni
oğurladılar. Cinayətkarlar hadisə yerindən qaçdıqdan sonra
mühafizəçi siqnalizasiya sistemini işə sala bildi və polis sürətlə
gəldi”, – deyə polisin açıqlamasında qeyd olunur.

Hələlik oğrular tutulmayıb. Hazırda oğurlanan əşyaların sayını
müəyyən etmək və digər itən əşyaları dəqiqləşdirmək üçün
inventarlaşdırma aparılır.