Türkiyə parlamentinin komissiyası İmralıda Öcalanla görüşmək qərarına gəlib

Baş səhifə

“Terrorsuz Türkiyə” təşəbbüsünü həyata keçirmək üçün yaradılmış parlament komissiyası İmralı adasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşmək qərarına gəlib.

APA NTV-yə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri görüşdə iştirak etməyəcək.