Sumqayıtın bu ərazisində yeni parklanma yerləri yaradılıb

Baş səhifə

Bakı.Trend:

Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi
məqsədilə Sumqayıt Dəmiryol Vağzalının qarşısında yeni nəqliyyat
mübadilə mərkəzi yaradılıb.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, nəqliyyat mübadilə mərkəzində avtobusların
maneəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi hərəkət zolaqları
və sərnişinlərin təhlükəsiz minib-düşməsi üçün dayanacaq
məntəqələri təşkil edilib.

Ərazidə nişanlanma işləri həyata keçirilib, müvafiq nişanlar
quraşdırılıb.




Dəmir yolu vağzalının qarşısında minik avtomobillərinin xaotik
parklanmasının qarşısının alınması üçün yeni parklanma yerləri
yaradılıb.

Piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin
mərhələdə delinatorlarla təchiz edilən piyada zonaları salınır.

Hazırda Sumqayıt Dəmiryol Vağzalında 5 marşrut xətti üzrə (5, 6,
10A, 22, 39 nömrəli) 40 avtobus fəaliyyət göstərir. Şəhərin
müxtəlif ərazilərindən nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək
əlavə marşrutların təşkili də nəzərdə tutulub.