Şəhid məzarlarından oğurluq edən şəxslər saxlanıldı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən
qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun
məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə
müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları
tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli
bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev
saxlanılıblar.




Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə
və dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid
ailələlərinə qaytarılıb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis
Şöbəsində araşdırma aparılır.