Azərbaycanda sənaye sektoruna investisiyalar 11%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala
yönəldilmiş investisiyalardan sənaye sektoruna 6,081 milyard manat
sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki
göstərici ilə müqayisədə 10,6% çoxdur.




Dövr ərzində sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş
investisiyaların yekunda xüsusi çəkisi 41%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 14,830 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya
yönəldilib.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,8 faiz
azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi
isə 6,0 faiz artıb.