Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb

Baş səhifə
Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb

Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb.

“Report” xəbər verir ki, matəm kitabı noyabrın 19-da Rusiyanın Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində həlak olanların xatirəsinin anılması üçün açılıb.

Bildirilib ki, başsağlığı vermək üçün aşağıdakı ünvana məktub göndərmək olar: [email protected].

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəşə tutması nəticəsində üçü uşaq olmaqla 25 nəfər həlak olub. Hadisə nəticəsində 73 nəfər, o cümlədən 15 uşaq isə yaralanıb.